Özbəklərlə son duel: Tanış simalar və kənarda qalan fərqlənənlər
31.01.2013 - 14:29
Azərbaycan və Özbəkistan yığmaları son 4 ildə 2-ci dəfə bir-biri ilə oynayacaq. Apasport.az saytının məlumatına görə, millilər yenə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində və həmin tarixdə - fevralın 1-də üzləşəcək. Özü də komandaları yenə meydana eyni baş məşqçilər – almaniyalı Berti Foqtsla onun özbəistanlı həmkarı Mircəlal Qasımov çıxaracaq.
2009-cu ildə keçirilən həmin matç 1:1 hesabı ilə nəticələnmişdi. Onda hesabı 63-cü dəqiqədə milliləşdirilən braziliyalı yarımmüdafiəçimiz Fabio Luis Ramim açmışdı. Özbəklər 80-ci dəqiqədə İlyas Qurbanovun sayəsində məğlubiyyətdən qaça bilmişdi. Özü də “Bakı”nın sabiq müdafiəçisinin adaşı 72-ci dəqiqədə meydana daxil olaraq, az sonra öz sözünü deyib.
Fabio nəinki hazırda millimizdə, heç ölkəmizdə oynamır. Elə İlyas da Özbəkistan yığmasında yer almadığından, bu dəfə matçın iştirakçısı olmayacaq.
Əgər söhbət 4 il öncəki oyunda forma geyənlərdən gedirsə, rəqibdə 5 futbolçu - qapıçı İqnati Nesterov, müdafiəçi İslam Tuxtaxujayev, yarımmüdafiəçi Casur Hasanov, Fazil Musayev və hücumçu Uluqbek Bakoyev yenə heyətdədir.
Millimizdə isə həmin matçda oynayanlardan 4 nəfər - yarımmüdafiəçi Cavid Hüseynovla Elvin Məmmədov, hücumçular Vaqif Cavadovla Vüqar Nadirov yenə çağırılıb. Əslində, daha bir yarımmüdafiəçi Rahid Əmirquliyev də hazırda millidə olsa da, 2009-cu ildəki oyunda ehtiyatda qalmışdı.

0
0