“Kəpəz” hazırlığın növbəti mərhələsinə başladı
31.01.2013 - 16:07
“Kəpəz” hazırlığın növbəti mərhələsinə başladı
“Kəpəz” 2 günlük istirahətdən sonra hazırlıq prosesini sürdürür. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gəncəlilər artıq təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.

Futbolçular fiziki məşqlərlə yanaşı, taktiki və texniki yöndə də hazırlaşırlar. Komanda üzvləri məşqləri "Dalğa Arena"da keçir. Oyunçular məşqçilər korpusunun rəhbərliyi altında gündə 2 dəfə məşqə çıxır. Səhər məşqləri saat 11:00-da, axşam hazırlığı isə saat 16:00-da başlayır.