Millimiz “Şaxtyor”u məğlub etdi
31.01.2013 - 17:07
Millimiz “Şaxtyor”u məğlub etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun əvəzedici komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Oyunda vurulan yeganə qolun müəllifi Şirməhəmməd Məmmədov olub.

Mənbə: affa.az