“Neftçi” çilili futbolçunu transfer, ispaniyalıdan imtina etdi
31.01.2013 - 17:34
Antalyada təlim-məşq toplanışına gələn “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərliyin və məşqçilər korpusunun iştirakı ilə keçirilən iclasda komandanın hazırlıq prosesi və transfer məsələləri ilə bağlı müzakirələr aparılıb. Nəticədə bir sıra qərarlar qəbul olunub.
Belə ki, “Neftçi” “Kiyev “Dinamo”sunun düşərgəsinə yolladığı yarımmüdafiəçisi Cavid İmamverdiyev, habelə digər gənc yerli futbolçularla bağlı transfer danışıqlarını mövsümün sonuna saxlayıb.
Bakılılar baxışdan keçirdiyi cənubu amerikalı futbolçulardan çilili Xose Kabionla “6 ay+1 il” şərti ilə müqavilə imzalayıb. Ancaq ispaniyalı futbolçu Pedro Perikovun transferi onun tibbi baxış nəticəsində diz nahiyəsində zədə aşkarlanması səbəbindən məqsədəuyğun hesab edilməyib.
“Neftçi” qapıçı transferi ilə bağlı danışıqları fevralın 3-ə kimi yekunlaşaraq, həll edəcək.

0
0