Asiyalılarla 34-cü duel
31.01.2013 - 18:19
Sabah Özbəkistan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığması tarixində 34-cü dəfə Asiya təmsilçisi ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, indiyədək futbolçularımız bu qitənin yığmaları ilə 33 dəfə üz-üzə gəlib. Təbii ki, UEFA-ya üzv olan Asiya ölkələri nəzərə alınmamaqla.
Asiyanın 16 komandası ilə qarşılaşan millimiz 13 dəfə qalib gəlib. 9 heç-heçənin qeydə alındığı görüşlərdə 11 məğlubiyyətimiz də var. Bu matçlarda top fərqi də komandamızın xeyrinədir. Millimiz 45 qol vurub və 40-nı buraxıb.

| Özbəkistan | 8 | 4 | 2 | 2 | 11-10 |
| İran | 4 | 0 | 2 | 2 | 4-6 |
| Qırğızıstan | 2 | 2 | 0 | 0 | 4-2 |
| Tacikistan | 2 | 2 | 0 | 0 | 5-2 |
| İordaniya | 2 | 1 | 1 | 0 | 3-1 |
| Türkmənistan | 2 | 1 | 0 | 1 | 3-2 |
| Küveyt | 2 | 0 | 2 | 0 | 2-2 |
| Oman | 2 | 0 | 0 | 2 | 0-3 |
| Bəhreyn | 2 | 2 | 0 | 0 | 5-1 |
| BƏƏ | 1 | 0 | 1 | 0 | 3-3 |
| Səudiyyə Ərəbistanı | 1 | 0 | 0 | 1 | 0-1 |
| İraq | 1 | 0 | 0 | 1 | 0-1 |
| Sinqapur | 1 | 0 | 1 | 0 | 2-2 |
| Hindistan | 1 | 1 | 0 | 0 | 3-0 |
| Fələstin | 1 | 0 | 0 | 1 | 0-2 |
| Yaponiya | 1 | 0 | 0 | 1 | 0-2 |
33 | 13 | 9 | 11 | 45-40 |
0
0