Özbəkistan yığması baş məşqçisiz qaldı
31.01.2013 - 18:48
Özbəkistan yığması baş məşqçisiz qaldı
Sabah Azərbaycan milli komandası ilə yoxlama oyunu keçirəcək Özbəkistan yığması bu gün son məşqini keçirib. Apasport.az saytının məlumatına görə, komandanın hazırlıqlarına məşqçi Şuhrat Maksudov başçılıq edib.

Buna səbəb Özbəkistan yığmasının 1 günlük baş məşqçisiz qalmasıdır. Məsələ ondadır ki, baş məşqçi Mircəlal Kasımovun yığmanın düşərgəsini tərk etməsidir. Belə ki, eyni vaxtda “Bunedkor”u da çalışdıran mütəxəssis 1 günlük klubunun düşərgəsinə yollanıb. Milli ilə yanaşı Dubayda olan klub bu gün Moskva “Spartak”ı ilə qarşılaşdığından Kasımov orada olmağı lazım bilib. Lakin çalışdırıcı bu gün yenidən yığmanın düşərgəsinə qayıdacaq.