"Kəpəz"in əvəzedicilərinin rəqibi müəyyənləşdi
31.01.2013 - 20:15
"Kəpəz"in əvəzedicilərinin rəqibi müəyyənləşdi
Məşqlərini Gəncədə davam etdirən "Kəpəz"in əvəzedici heyəti sabah yoxlama görüşündə qüvvəsini sınayacaq. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, "Kəpəz"in rəqibi şəhərin aşağı diviziondakı təmsilçisi olan "Tərəqqi" olacaq.

Görüş Gəncə şəhər stadionunda keçiriləcək və saat 14:00-da başlayacaq. Matç yerli hakimlər briqadasına tapşırılıb.

Qeyd edək ki, qarşıdakı oyun tərəflər arasında son 7 gündə sayca ikinci yoldaşlıq görüşüdür. Belə ki, bu komandalar ötən həftə üz-üzə gəlmiş və görüşdə hesab açılmamışdı.