Nianq “Beşiktaş”da
31.01.2013 - 21:27
Nianq  “Beşiktaş”da
“Beşiktaş” “Fənərbaxça”nın sabiq futbolçusu Mamadu Nyanqı Qətərin “Əl-Sədd” klubundan mövsümün sonuna qədər icarəyə götürüb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu bu gün İstanbula gəlib. Onu Atatürk Hava Limanında “qara-qartallar”ın idarə heyətinin üzvü Əhməd Kavalcı qarşılayıb.

Seneqallı forvard burada jurnalistlərin suallarını cavablandırıb. O, yenidən İstanbula gəldiyi üçün xoşbəxt olduğunu ifadə edib:

“Məni yenidən bura gətirdiyi üçün “Beşiktaş”a çox təşəkkür edirəm. Burada olduğum üçün xoşbəxtəm. Özümü çox yaxşı hiss edirəm. “Qara-qartallar”ın uğurları üçün əlimdən gələni edəcəyəm”

Daha sonra futbolçu tibbi müayinədən keçmək üçün “Acıbadəm Fulya” xəstəxanasına yollanıb.

Qeyd edək ki, Nyanqın son komandası Qətər “Əl-Sədd”i olub. Seneqallı forvard 2010-cu ilin avqustundan 2011-ci ilin sentyabrınadək “Fənərbaxça”nın formasını geyinib. O, millidə 55 oyuna 19 qol vurub.