“İnter” "Qarabağ"la qarşılaşacaq
01.02.2013 - 20:14
“İnter” "Qarabağ"la qarşılaşacaq
"Şəfa" stadionunda təlim-məşq toplanışını davam etdirən "İnter"in əvəzedici heyəti sabah sonuncu yoxlama matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, bu oyunda “bankirlər” Ağdamın "Qarabağ" klubunun əvəzedici heyəti ilə üz-üzə gələcək.

Qarşılaşma saat 12.00-də başlayacaq. "İnter"-"Qarabağ" matçı "Şəfa" stadionunda keçiriləcək.

Qeyd edək ki, toplanış çərçivəsində keçirilən ilk görüşündə "İnter" "Neftçi"nin U-17 komandası ilə 1:1 hesablı heç-heçə edib, ikinci oyunda paytaxt klubu "Rəvan"ın əvəzedici heyətinə 1:2 hesabı ilə məğlub olublar, üçüncü yoxlama matçında isə bakılılar "Kəpəz"lə qarşılaşıb və bu matç 2:2 hesablı sülhlə başa çatıb.