"Roma" evində biabır oldu
02.02.2013 - 04:12
"Roma" evində biabır oldu
İtaliya A seriyasında 23-cü turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Roma" evində turnir cədvəlinin ortalarında qərarlaşan "Kalyari"ni sınağa çəkib. Fasiləyə 1:1 hesablı heç-heçə ilə yollan paytaxt klubu, ikinci hissədə darmadağın olub. Qonaqların vurduğu qollar qarşısında aciz qalan romalılar azarkeşlərini məyus edib – 2:4.

Qeyd edək ki, İtaliya A seriyasının 23-cü turunun digər görüşləri bu gün və sabah keçiriləcək.


İtaliya A seriyası

23-cü tur

1 fevral

"Roma" - "Kalyari" - 2:4
Totti, 35, Mattos, 90 - Nainqolan, 4, Qouçeiça, 47- avtoqol, Sau, 53, Pisano, 71

2 fevral

"Torino" - "Sampdoriya"
"Napoli" - "Kataniya"

3 fevral


"Kievo" - "Yuventus"
"Fiorentina" - "Parma"
"Cenoa" - "Latsio"
"Palermo" - "Atalanta"
"Peskara" - "Boloniya"
"Siena" - "İnter"
"Milan" - "Udineze"