“Palermo” məşqçisi ilə yollarını ayırdı
04.02.2013 - 23:54
“Palermo” rəhbərliyi baş məşqçi Can Pyero Qasperini istefaya göndərib. Apasport.az saytının məlumatına görə, buna səbəb Siciliya klubunun İtaliya A seriyasında uğursuz çıxış etməsi olub.
Yeni məşqçinin adı isə çərşənbə axşamı açıqlanacaq.
Qeyd edək ki, 55 yaşlı Qasperini 16 sentyabr 2012-ci il tarixində "Palermo"nun sabiq çalışdırıcısı Cuzeppe Sanninonun yerinə təyin edilmişdi. Bu komanda onun rəhbərliyi altında 20 matç keçirib və yalnız 3 qələbəyə nail olub. 7 matçda heç-heçə əldə edən siciliyalılar, 10 görüşdə meydanı məğlub tərk edib.
Həmçinin əlavə edək ki, Qasperini "Yuventus"un gənclər komandasına da başçılıq edib. O, məşqçi karyerasına isə 1994-cü ildə başlayıb.

0
0