Braziliya və Argentina dünya çempionatında iştirak etməyəcək
05.02.2013 - 01:31
Braziliya və Argentina dünya çempionatında iştirak etməyəcək
Türkiyədə keçiriləcək U-20 milli komandalar arasında dünya çempionatında Cənubi Amerikanı təmsil edəcək 4 ölkənin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin 2 böyük futbol ölkəsi Braziliya və Argentina yığmaları qardaş ölkədə iştirak etməyəcək.

Belə ki, Argentinada başa çatan və 10 komandanın qatıldığı Cənubi Amerika U-20 çempionatının seçmə mərhələsini ilk 4 sırada tamamlayan Kolumbiya, Paraqvay, Uruqvay və Çili milliləri, bu yay Türkiyədə keçiriləcək FİFA-nın ən böyük ikinci turnirində mübarizə etməyə vəsiqə qazanıb. Finalda favoritləri arasında göstərilən Braziliya və Argentina isə seçmələri keçə bilməyib.

Qeyd edək ki, turnir iyun ayının 21-də başlayıb, iyul ayının 13-də başa çatacaq. Türkiyədə 7 fərqli şəhərlərdə təşkil ediləcək çempionatda daha əvvəl Fransa, İngiltərə, Portuqaliya, Xorvatiya, Yunanıstan, Özbəkistan, Cənubi Koreya, Avstraliya və İraq yığmaları iştiraklarını rəsmiləşdirib.