“Xəzər Lənkəran”ın Antalya toplantısı yekunlaşır
05.02.2013 - 04:03
“Xəzər Lənkəran”ın Antalya toplantısı yekunlaşır
Xəbər verdiyimiz kimi, Antalyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” bir günlük istirahətdən sonra hazırlıqlarını bərpa edib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” fevralın 4-də saat 17:00-da axşam məşqinə çıxıb.

Fitnes zalda keçirilən səhər məşqindən fərqli axşam məşqi açıq meydançada olub. Əsasən taktiki planda və xüsusən də cinahlardan qurulan hücumlar üzərində çalışmalardan ibarət olan hazırlıq prossesi bir saatdan çox sürüb.

Qeyd edək “Xəzər Lənkəran” toplantı çərçivəsində yekun məşqini fevralın 5-də səhər keçirəcək. Günorta saatlarında isə “Xəzər Lənkəran” Antalyanı tərk edərək vətənə dönəcək.

Mənbə: 12cioyuncu.info