Xavi Uruqvaya qarşı oynamayacaq
05.02.2013 - 04:51
Çərşənbə günü Dohada Cənubi Amerikanın son çempionu Uruqvay millisinə qarşı İspaniya yığmasının forması ilə 120-ci matçına çıxmağa hazırlanan Xavi Hernandes Visente Del Boske tərəfindən heyətdən çıxarılıb. Apasport.az saytının məlumatına görə, buna 33 yaşlı yarımmüdafiəçinin dizindəki zədə səbəb olub.
Xavinin bu zədəsi isə La Liqanın 22-ci turunda “Barselona”nın “Valensiya” ilə qarşılaşdığı (1:1) matçda baş verib. Dünən tibbi müayinədə keçən Hernandesin zədəsinin ciddi olduğu müəyyənləşib.
Qeyd edək ki, İspaniya milli komandasının digər yarımmüdafiəçi Xabi Alonso da zədə səbəbi ilə Uruqvayla matçda meydana çıxmayacaq. Onun yerinə isə Madrid “Atletiko”sunun 25 yaşlı futbolçusu Mario Suarez heyətə dəvət edilib.

0
0