Van Persi: “Qalatasaray” möcüzə bir klubdur
05.02.2013 - 07:23
İtaliya millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınacaq Hollandiya yığmasının ulduz futbolçusu Robin Van Persi həm Sneyder, həm də rəqib komandanın heyətində çıxış edən Andrea Pirlo haqda maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, “narıncılar”ın ulduz oyunçusu komanda yoldaşı Sneyderin “Qalatasaray”a transferini müsbət qarşılayıb.
O, “Cim-Bom” və onun azarkeşlərini dünyada tanınan möcüzə bir klub olduğunu vurğulayıb:
“Sneyder oynayacağı bir yerdə olmaq istəyirdi. Hər zaman nə qədər çox oynasa, o qədər yaxşıdır. “Qalatasaray” və azarkeşləri dünyada tanınan möcüzə bir klubdur.
İtaliya ilə qarşılaşmanı səbirsizliklə gözlədiklərini dilə gətirən hollandiyalı hücumçu rəqib komandanın təcrübəli ulduzu Andrea Pirloya da təriflər yağdırıb: “Andrea Pirlo hər zaman hörmət etdiyim bir ad, mənim çox sevdiyim bir futbolçudur. O, iki ayağını da əla istifadə edir. Məncə Pirlo, hazırda “Yuventus”da ikinci baharını yaşayır”.
Qeyd edək ki, Hollandiya ilə İtaliya arasında keçirilən yoldaşlıq matçı çərşənbə günü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

0
0