Pike və oğlu - FOTO
05.02.2013 - 07:49
Pike və oğlu - FOTO
Məşhur müğənni Şakira sosial şəbəkədə sevgilisi olan “Barselona”ın futbolçusu Xerard Pike ilə yeni doğulan oğlu Milanın şəklini paylaşıb. Apasport.az saytının məlumatına görə, yanvar ayının 22-də dünyaya gələn Milanın fotoşəkili Kataloniya klubunun müdafiəçisinin qucağında yuxuya getmiş halda çəkilib.

36 yaşlı kolumbiyalı müğənni adını “mələklərim” yazdığı fotoşəkili UNICEF-in internet saytında da paylaşıb.

Qeyd edək ki, Şakira UNICEF-in yaxşı niyyətli elçisidir.