“İnter” baş məşqçisini istefaya göndərir
05.02.2013 - 09:26
“İnter” baş məşqçisini istefaya göndərir
İtaliyanın “İnter” klubu baş məşqçisi Andrea Stramaççoni ilə yollarını ayırır. Apasport.az saytının məlumatına görə, klubun prezidenti Massimo Moratti gənc çalışdırıcının işindən narazı qaldığından, onu yaxın vaxtda vəzifəsindən azad etmək fikrindədir.

O, bu posta digər italiyalı mütəxəssis - iyunda “Napoli” ilə müqaviləsi bitəcək Valter Matsarini gətirmək istəyir. Namizədlər arasında serbiyalı Vladimir Petkoviç (“Latsio”), argentinalı Dieqo Simeone (“Atletiko”) və portuqaliyalı Joze Mourinyo (“Real”) var.