İfeanyi Emeqara: İndi biz Pulhakla düşmən yox, dostuq
05.02.2013 - 11:11
“Biz vaxtilə Pulhakla bir-birimizə rəqib olmuşuq. İndi isə komanda yoldaşıyıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yeni transferi İfeanyi Emeqara deyib.
2007-ci ilin yayında “Timişoara”dan “Styaua”ya 1,2 milyon avroya transfer olunan nigeriyalı müdafiəçi 2011-ci ilin dekabrınadək Buxarest klubunun uğurları üçün çalışıb. O bu müddətdə Rumıniyada əzəli rəqib “Dinamo”nun nümayəndəsi Kristian Pulhakla bir neçə dəfə üz-üzə gəlib.
İndi isə Emeqara ilə Pulhak eyni komandada – “Qəbələ”də çıxış edəcək. “Ulduzlar” və “Qırmızı İtlər”in sabiq futbolçularının bir kollektivdə necə çıxış edəcəyi rumıniyalı həmkarları yaman maraqlandırır. Emeqaranın buna cavabı belə olub: “İndi biz onunla bir komandanın şərəfini qoruyuruq. Daha “Dinamo”ya qarşı çıxış etməyəcəm. Deməli, indi biz dostuq. Onunla hər şey qaydasındadır”.
Qeyd edək ki, Emeqara milli komandamızın baş məşqçisi Berti Foqtsa da yaxşı tanışdır. Belə ki, almaniyalı çalışdırıcı onu 2007-ci ilin noyabrında “Olimpik”in sabiq futbolçusu Taye Tayvonun yerinə Nigeriya yığmasına çağırıb. Məhz İfeanyinin debütü də Avstraliya ilə matçda gerçəkləşib.

0
0