Emin İmaməliyev AFFA-nın məşqçi kursuna qatılıb - FOTOSESSİYA
05.02.2013 - 12:07
Emin İmaməliyev AFFA-nın məşqçi kursuna qatılıb - FOTOSESSİYA
Fevralın 4-dən AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursuna start verilib. Apasport.az saytının məlumatına görə, fevralın 18-də başa çatacaq məşğələlər Şağan Olimpiya İdman Kompleksində keçirilir. 17 yaşlılardan ibarət yığmamızın (U-17) almaniyalı çalışdırıcısı Nikolay Adamın keçdiyi məşğələlərdə millimizin sabiq kapitanı, yaxında U-16-ya baş məşqçi təyin edilən Aslan Kərimov yardımçı olur.

Kursda “Neftçi”nin sabiq məşqçisi, Arif Əsədovun hazırda U-19-da köməkçisi olan Elmir Xankişiyev, futbolçu karyerasını hələ bitirməyərək, qış fasiləsində özünə klub axtaran yarımmüdafiəçi Emin İmaməliyev, keçmiş hakimlər Aydın Ələkbərovla Tağı Məmmədov və sair iştirak edir.