Rauf Əliyev: Elə qrupa düşmüşük ki... - MÜSAHİBƏ
05.02.2013 - 12:39
“Bakı” klubunun və Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- “Qarabağ”dan ayrılmağınızın əsl səbəb nə idi?
- Heç bir ciddi səbəb yoxdur. Hər bir peşəkar futbolçu kimi, mən də klubumu dəyişmək istədim. Daim bir klubda oynamaq fikrim yoxdur. İş elə gətirdi ki, ayrılmağım daha məqsədəuyğun idi və mən də başqa kluba keçdim.
- “Bakı”dan başqa digər klublardan təkliflər vardı?
- Bəli, 3-4 klub mənimlə maraqlanırdı. Bəziləri ilə danışıqlar aparmışdıq. Ancaq sonda “Bakı”ya üstünlük verdim.
- Sizi heyətində görmək istəyən yerli klublar idi?
- Yerli və Türkiyə klublarından təkliflər olmuşdu.
- Yəqin Türkiyədə I dəstədə təmsilçiləri idi...
- Bəli, ancaq ora getməyə o qədər də ciddi yanaşmadım. Çünki bizim çempionatımız Türkiyə I dəstəsindən daha güclüdür.
- İzmir klubları ilə danışıqlar aparırdınız?
- Xeyir, Superliqaya iddialı klub idi.
- Yeni klubunda sizi necə qarşıladılar?
- “Bakı”da hər şey yüksək səviyyədədir. Qarşılamaq baxımından heç bir problem olmadı. Əksər futbolçularla milli səviyyədə birlikdə çıxış etmişik, bəzilərinə qarşı mübarizə aparmışam. Uyğunlaşmaq baxımından heç bir problem yoxdur. Düzdür, “Bakı”nın təlim-məşq toplanışına bir qədər gec qoşulsam da, tez bir zamanda uyğunlaşdım. Antalyadakı hazırlıq bu baxımından xüsusi əhəmiyyətli oldu.
- Adınız “Bakı” ilə hallansa da, klubla birgə məşqlər etsəniz də, nədənsə müqavilə imzalamaq bir qədər gecikdi. Nə baş vermişdi?
- Müəyyən anlaşılmazlıq olmuşdu. Ona görə rəsmi müqavilənin imzalanması bir qədər gecikdi. Artıq bir problem qalmayıb. Bütün məsələlər öz həllini tapıb.
- Həmin anda ümidsizliyə qapıldınızmı ki, birdən “Bakı”ya keçidin baş tutmaz...
- Bilirdim ki, gec-tez alınacaq. Çünki hər iki tərəf, həm mən, həm də “Bakı” istəyirdik ki, bu məsələ tez həll olunsun. İnanırdım ki, qısa zamanda həll olunacaq. Heç bir narahatçılıq olmadı.
- Topaz Premyer Liqasına nəzər yetirdikdə “Bakı”nın qeyri-sabit oyun nümayiş etdirdiyini və inamlı təsir bağışlamadığını görürük. Bu amil sizin transferinizdə müəyyən tərəddüdlərə səbəb olmuşdumu?
- “Bakı” həmişə yüksək yerlər uğrunda mübarizə aparan klublarımızdandır. Hər komandanın tarixində enişli-yoxuşlu yollar olur. Düzdür, turnir cədvəlinə nəzər yetirdikdə komandanın çox xal itirdiyini görürük. Hazırkı mövqeyi heç də ürəkaçan deyil. Bu nəticələrin transferimdə heç bir mənfi və ya müsbət təsiri olmadı. Çünki mən bura həqiqətən oynamağa, özümü sübut etməyə gəlmişəm. Cari mövsüm əvvəlki çempionatlardan kəskin şəkildə fərqlənir. Çünki bir neçə komandanın çempion olmaq şansı var. Hazırda vəziyyət elə gətirib ki, aşağı pillələrdə qərarlaşan komandalar da ilk “altılığ”a vəsiqə qazana bilərlər. Bizim üçün hələ heç nə bitməyib. Həm çempionatda, həm də kubokda yolumuza davam edirik. Bunun üçün heyətə bir neçə yeni futbolçu, legioner cəlb olunub.
- Çempionluq uğrunda mübarizədə hansı komandaların daha şanslı olduğunu düşünürsən?
- Bu barədə bir söz deməyim düz çıxmaz. Dediyim kimi, bir neçə komandanın şansı var. İndi liderlər qrupunda qərarlaşan komandalar asanlıqla autsayderlərdən və ya ortabablardan asan xal qopara bilmir.
- Antalyadakı təlim-məşq toplanışı ilə bağlı nə deyə bilərsiz?
- Mən hazırlığa bir qədər gec qoşuldum. Bir aya yaxın idi ki, məşq etmirdim. Əvvəllər bir qədər çətinlik çəksəm də, sonradan öyrəşdim. Düşünürəm ki, Antalyadakı təlim-məşq toplanışı həm mənim, həm də klubum üçün çox faydalı oldu. Əsasən fiziki cəhətdən problem olur ki, onu da xüsusi proqramla fərdi məşq edərək həll etdik. Yoxlama oyunları keçirərək nə kimi çatışmazlıqların olduğunu gördük.
- “Bakı”nın həm çempionata, həm də kubok oyunlarına tam hazır olduğunu demək olarmı?
- Çempionatın startınadək komanda daha hazır vəziyyətdə olacaq.
- Bir qədər də milli komanda haqda. Artıq bir neçə gündər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışındasınız. Hazırlıq necə
gedir?
- Yaxşı toplanış keçirik. Hər ilin əvvəlində milli komandanın Dubay toplanışı olur. Vacib təlim-məşq toplanışıdır. Gündə iki dəfə məşq edirik.
- Sabah Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu var...
- Bu hazırlığın əsas məqsədi DÇ-nin seçmə oyunlarına hazırlaşmaqdır. Ona görə də yoldaşlıq görüşlərinin keçirilməsi vacibdir. Bu görüşdə qələbə qazansaq martdakı seçmə oyunlara daha yaxşı əhval ruhiyyədə çıxarıq.
- Milli komandamızın Lüksemburqla oyundakı şanslarını necə qiymətləndirirsiz?
- Elə bir qrupda mübarizə apararıq ki, daha çox xal toplaya bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik. İlk məqsədlərdən biri Lüksemburqla oyundan 3 xalla dönməkdir.

0
0