“Qəbələ”nin sabiq üzvü Braziliyaya getdi və AFFA-dan cavab gözləyir - FOTO
05.02.2013 - 12:58
“Qəbələ”nin sabiq üzvü Braziliyaya getdi və AFFA-dan cavab gözləyir - FOTO
Toni Adamsın dövründə baxışdan uğurla keçib bəyənilən Bruno da Silva Barboza 2,5 illik “Qəbələ” karyerasının ardından ölkəsində top qovacaq. Apasport.az saytının məlumatına görə, 24 yaşlı dayaq yarımmüdafiəçisi karyerasını Braziliyanın “Atletiko İbirama” klubunda davam etdirəcək.

Futbolçu ilə mövsümün sonuna kimi, yəni 2013-cü ilin mayın 31-nə kimi müqavilə bağlanılıb. Artıq baş məşqçi Mauro Ovelya onu sabah baş tutacaq “Fiqeyrense” ilə oyunda meydana buraxmaq istəyir. Ancaq bunun üçün AFFA-dan futbolçunun Braziliyada oynamasına razılıq verən sənəd gəlib çıxmalıdır.

Qeyd edək ki, Bruno Braziliyanın “Atletiko Sorokaba” və “San-Paulu” klubunun yetirməsi sayılır. Gənc futbolçu məhz “Qəbələ”yə sonuncu klubdan gəlib.