“Foqts yeni mövqedə oyunumu bəyəndiyini dedi” – MÜSAHİBƏ
05.02.2013 - 14:00
“Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Rəşad Sadiqov Dubaya ezam olunmuş azərbaycanlı jurnalistlırin suallarını cavablandırıb. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, Özbəkistan yığması ilə yoldaşlıq görüşündə yeni mövqedə sınanan təcrübəli yarımmüdafiəçi bu və digər mətləblərə aydınlıq gətirib.
- Klubla Antalyadakı uzun müddətli təlim-məşq toplanışından milliyə gələndən sonra yorğunluq vardı?
- Bəli, bir az vardı. Bu da normal haldır. Çünki klubda 2 toplanış keçib, bura gəlmişdik. Açığı, bu olmalı idi, təbii haldır. Çünki klubların təlim-məşq toplanışı vaxtı futbolçular yorğun olmalıdırlar. 1-2 gündən sonra komanda tam formaya düşdü. Mənə elə gəlir ki, milli bu 2 yoldaşlıq görüşündə təcrübə toplamaqla, tam hazır vəziyyətdə olacaq. Hazırda yığmada gənclərimiz də çoxdur. Fikrimcə, bu toplanış Lüksemburqla rəsmi oyuna qədər öz bəhrəsini verəcək.
- Özbəkistanla oyunda öz mövqeyinizdə oynamırdınız...
- Arxada müdafiədə oynayırdım. Bu, bir yenilik idi. Baş məşqçi Berti Foqts oyundan əvvəl dedi ki, belə bir yenilik etmək, sənə mərkəz müdafiəçisi kimi baxmaq istəyirəm. Görüm ki, oyuna necə başlayırsan, topu götürüb, irəli gedib, ötürmə verməyinə baxacağam. Bu zaman hücuma qoşulanda, irəlidə 1 nəfər artıq olar. Belə də oldu. Oyunda sonra dedi ki, yeni mövqedə oyununu bəyəndim. Açığı, hətta ikinci matçda da belə taktika ilə oynamaq istəyir.
- Lixtenşteynlə yoldaşlıq görüşündə nəticə bizim üçün nə qədər vacib olacaq?
- Sözün düzü, qələbə bizim üçün vacib olacaq. Qalib gəlmək lazımdır ki, Lüksemburqa qəlbə ruhu ilə gedək, millinin futbolçularında inam artsın. Həm də bu, FİFA-nın reytinqinə gedən oyundur. İnşallah, sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Kamran Ağayev, Rəşad Sadıqov, Ruslan Abışovun olmamağı oyuna öz təsirini edə bilərmi?
- Onlar doğrudan da Azərbaycan futboluna lazımlı oyunçulardır. Ancaq gəncləri də nə vaxtsa yoxlamaq lazımdır. Onlara baxmaq lazımdır ki, gələcək oyunlar üçün lazımlı olduqlarını müəyyənləşdirəsən. Onsuz da təcrübəli futbolçular karyeralarını qurtaranda, bu gənclər millimizin şərəfini qoruyacaqlar. Bu baxımdan gənc futbolçuların təcrübələrinin artmaları lazımdır.
- Hər halda, Lixtenşteynlə müqayisədə Lüksemburqla rəsmi oyun daha vacibdir...
- Əlbəttə. Bu, artıq rəsmi oyundur və qrupda xal qazanmağımız lazımdır. Fikrimcə, həmin oyuna da məni çağırarlar.

0
0