Cəmşid Məhərrəmov “Kəpəz”də
05.02.2013 - 15:39
Cəmşid Məhərrəmov “Kəpəz”də
“Bakı”nın əvəzedici komandasına göndərilən Cəmşid Məhərrəmovun minimum mövsümün sonuna kimi çıxış edəcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandanın sabiq futbolçusu karyerasını autsayder “Kəpəz”də davam etdirəcək.

Artıq baş məşqçi Mahmud Qurbanovla futbolçu arasında danışıqlar baş tutub. Oyunçunun özü də “Kəpəz”də çıxış etməyin əleyhinə deyil.