Azərbaycan yığmasında daha bir ispanİyalı – FOTO
05.02.2013 - 15:48
Azərbaycan yığmasında daha bir ispanİyalı – FOTO
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının məşqçisinin də adı məlum olub. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Patrisia Qonzalesə kömək edəcək çalışdırıcılarından biri müəyyənləşib.

Gənc mütəxəssis köməkçisini də vətəni İspaniyadan gətirib. Belə ki, yığmamıza daha bir ispaniyalı – Rikardo da Silva da çalışacaq. O, yığmamızda fiziki hazırlıq üzrə məşqçi vəzifəsini icra edəcək.

Bu mütəxəssis elə “Rayo Vallekano” klubunda da Qonzaleslə yanaşı çalışıb. Yığmamızın yeni baş məşqçisi köməkçi ilə başlı seçimini belə izah edib: Bizə birlikdə çalışmaq çox rahatdır. Biz bir-birimizi çox yaxşı anlayırıq. Bilirdim ki, o da mənimlə birgə çalışmağın tərəfdarıdır”.
0