Berti Foqts: Bu toplanış bəziləri üçün son şansdı
05.02.2013 - 16:57
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Dubay şəhərində mətbuat konfransı keçirib. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, almaniyalı mütəxəssis "Movenpick" otelində azərbaycanlı jurnalistlərin yanvarın 30-dan başlayan təlim-məşq toplanışı, Özbəkistan və Lixtenşteyn yığmaları ilə yoldaşlıq görüşləri haqda suallarını cavablandırıb. Foqts ilk olaraq hazırlıq haqda ümumi məlumat verib.
- Öncə çox şadam ki, jurnalistlər Azərbaycandan Dubaya toplanışı izləyir və işıqlandırır. Sevinirəm ki, medianın milliyə böyük marağı var. Bu çox müsbət haldır. Biz artıq bir neçə gündür bir yerdəyik. Komandanın məşq prosesindən həzz alıram. Sabah FİFA-nın oyun günündə yoldaşlıq oyunu keçirəcəyik. Onu demək istərdim ki, futbolçuların fiziki hazırlığı yaxşı səviyyədədir. Futbolçuların fiziki durumu vacib amildi. Çünki millinin oyunundan sonra çempionat başlayacaq. Onu deyə bilərəm ki, indi yığmada seçim artıb, rəqabət yaranıb.
Klubdakı həmkarlarıma təşəkkür edirəm. Futbolçuların fiziki durumu yüksəlib. Bura 3 qapıçı ilə gəlmişik. Emil Balayev çox çalışır, amma təcrübəsi azdır. Kamran Ağayev artıq "Bakı"dadır, yalnız rəsmi müqavilə bağlamaq qalıb. İnanıram ki, rəsmi oyunlaradək hər şey qaydasında olacaq. Bəzi futbolçular üçün toplanış axırıncı şansdı.
Keçmişdə kim milli üçün nə edibsə, bu məni maraqlandırmır. Çünki mən irəli baxıram. Futbolçu millidə oynayırsa, canla-başla oynamalıdı. Futbolçu meydana çıxdısa, ancaq qələbəyə oynamalıdır. Futbolçular bunu dərk etsələr, yaxşı nəticə də gələcək. Təəssüflər olsun ki, apreldə nəzərdə tutulan təlim-məşq toplanışı baş tutmayacaq. Bizim üçün ən vacib qarşıdakı 2 rəsmi oyundur.
- Həmin toplanış niyə baş tutmayacaq ki?
- Yaxşı olardı ki, həmin sualı PFL-ə verəsiz. Məndən olsa, toplanışı keçirərdim.
- Rəşad Sadiqov Özbəkistanla oyunda görmədiyimiz mövqedə oynadı. Onun çıxışından nə dərəcədə razı qaldınız?
- Bu toplanışda Rəşad Sadıqovla Ruslan Abışov iştirak etmədi. Ona görə də, həmin mövqedə Sadiqovu sınadım. Çıxışı xoşuma gəldi və onu deyim ki, mən həmin eksperimentdən yenə istifadə edəcəm.
- Özbəkistanla görüşdə Rüfət Dadaşov necə çıxış etdi?
- O, yaxşı futbolçudur. Amma təəssüf ki, zədəli olduğundan sabahkı görüşdə meydana çıxa bilməyəcək. Əsas heyətdə yeni futbolçulardan yalnız Pərdis Fərcad-Azad olacaq. Sabahkı oyun Elvin Məmmədov üçün bir şansdı. Onun böyük bacarığı var, amma özünü göstərə bilmir. Onun kimi futbolçu millidə olmalıdı.
- Əsasən hansı klubların futbolçuları toplanışda zəif təsir bağışlayır?
- Biz bütün klubların baş məşqçiləri ilə danışmışıq. Ad çəkmək istəməzdim. Ancaq onu deyim ki, Azərbaycan çempionatında mübarizə aparan klubların baş məşqçiləri PRO lisenziyası almalıdırlar.
- Ruslan Abışovun "Rubin"ə keçidini dəyərləndirib, onun Kazan klubunda duruş gətirəcəyinə inanırsız?
- Belə deyim, çox şadam ki azərbaycanlı futbolçular xaricə getsinlər. Çünki bu amillər Azərbaycan futboluna çox kömək edəcək.
- Hakimə tüpürdüyü üçün cəzalandırılan Elnur Allahverdiyevin milliyə qayıtmaq şansı varmı?
- Müdafiə xəttində bəzi dəyişiklər var. Rasim Ramaldanov Şimali İrlandiya ilə yaxşı çıxış etdi. Vurğun Hüseynov qayıtdı. Elnurun milliyə qayıtması çox çətin olacaq.

0
0