“Qalatasaray”dan “Banik”ə
05.02.2013 - 17:43
“Qalatasaray”dan “Banik”ə
“Qalatasaray”in transferı çıxardığı çexiyalı futbolçusu Milan Baroş karyerasını vətənində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu “Banik”ə keçir.

Baroş bu klubla müqavilə bağlamağa hazırdır. Çexiya klubu Facebook-dakı səhifəsində “Qalatasaray”la transferi razılaşdırdığını yazıb. Yalnız müqavilənin detalları ilə bağlı danışıqları yekunlaşdırmaq qalıb.

Qeyd edək ki, Baroş uzun illərdir Avropada oynayır.