Qələbədən başqa yol yoxdur!
05.02.2013 - 19:00
Sabah Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışında ikinci yoldaşlıq görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, son rəqib olan Lixtenşteynlə matç bir sıra məqamlara görə fevralın 1-də Özbəkistan yığması ilə 0:0 hesabı ilə nəticələnən yoldaşlıq görüşündən fərqlənir.
Əvvəla, budəfəki matç FİFA-nın rəsmi oyun gününə təsadüf edir və özbəklərlə olduğu kimi, məşq xarakterli matç olmayacaq. Nəticə reytinqdə nəzərə alınacağından, qələbə qazanmaq mütləqdir.
Əslində, bunu təkcə FİFA reytinqi ilə əlaqələndirmək də düzgün olmazdı. Çünki biz elə rəqiblə üzləşəcəyik ki, ona qalib gəlməkdən başqa çarəmiz də yoxdur. Lixtenşteyn nəinki Avropada, dünyada ən zəif yığmalardan biri sayılır. Təsadüfi deyil ki, elə millimiz tarixində ən böyük hesablı qələbəni və rəsmi oyunlarda yeganə səfər qələbəsini məhz Lixtenşteyn üzərində qazanıb. Yeri gəlmişkən, sonuncuya millimizin almaniyalı hazırkı baş məşqçisi Berti Foqts imza atıb.
Yığmamızın növbəti rəsmi oyun öncəsi son yoldaşlıq görüşü kimi məhz Lixtenşteyni seçməyi də təsadüfi deyil. Axı martın 22-də Lüksemburq yığmasının qonağı olacağıq və bu 2 millinin bənzərliyi çoxdur. Foqts futbolçularını oxşar rəqiblə matçda sınaqdan keçirib, seçmə mərhələ oyunu öncəsi heyəti, oyun sistemini özü üçün müəyyənləşdirəcək.
Azərbaycanla Lixtenşteyn yığmaları oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, hər 2 komandada bir sıra təcrübəli futbolçular müxtəlif səbəblərdən kənarda qalıb. Ancaq bu, yalnız yoxlama oyunu olduğundan, baş məşqçilər üçün ciddi narahatlığa əsas yoxdur. Əvəzində onlar bir sıra yeni, gənc futbolçuları yoxlamaq imkanı qazanır.
İstənilən halda, biz heyətdən və digər amillərdən asılı olmayaraq yalnız nəticə, yəni qələbəni düşünüb, meydana buna nail olmaq üçün çıxacağıq. Bunun gerçəkləşməyi millimizin Lüksemburqa yüksək əhval-ruhiyyədə gedişinə böyük zəmin yaradacaq. Əks halda, Şimali İrlandiya yığması ilə səfərdəki rəsmi oyunda qələbəyə bərabər heç-heçədən sonra adından söz etdirən millimiz məyusluq yaşadacaq. Hər halda, ilin ilk qələbəsini qazanacağımıza inam böyükdür.
6 fevral
18:00. Azərbaycan - Lixtenşteyn
Baş hakim: Abdulla Əl Ajel
Hakim-köməkçiləri: Həsən Sukatri, Yasim Abdulla Hamed, Əl Şaik
Dubay. “Əl-Vəsl” stadionu

0
0