Rəqibimizin baş məşqçisi Azərbaycan və Ermənistan yığmalarını müqayisə etdi
05.02.2013 - 21:29
Rəqibimizin baş məşqçisi Azərbaycan və Ermənistan yığmalarını müqayisə etdi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts, bu gün qarşılaşacağı Ermənistanla millimizi müqayisə edib. Apasport.az saytının məlumatına görə, 43 yaşlı çalışdırıcı yerli mətbuata müsahibəsində ermənilərin fiziki cəhətdən yaxşı, amma texniki cəhətdən isə zəif olduğunu bildirib: “Ermənistan millisi yaxşı komandadır. Onlar fiziki cəhətdən zəif, amma texniki cəhətdən yaxşıdırlar. Lakin buna baxmayaraq yaxşı çıxış edirlər. Bu komandada “Şaxtyor”un heyətində top qovan səviyyəli futbolçu var. Hesab edirəm ki, onlar Azərbaycan yığması ilə öz oyuna görə müqayisə edilə biləndir”.

Qeyd edək ki, milli komandamız martın 22-də səfərdə Lüksemburq yığmasının qonağı olacaq.