Qrosskroyts 2016-cı ilə qədər “Borussiya”da
05.02.2013 - 23:19
Qrosskroyts 2016-cı ilə qədər “Borussiya”da
Dortmund “Borussiya”sının son iki ildə qazandığı çempionluğunda böyük pay sahiblərindən olan Kevin Qrosskroyts komandası ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq olan 24 yaşlı yarımmüdafiəçi ilə 2016-cı ilə qədər anlaşıb.

Klubun idman direktoru Mixayıl Zorç bununla bağla açıqlama verib. O, Kevinin komandası ilə yenidən müqaviləsinin müddətini uzatdığına görə məmnun olduqlarını ifadə edib.

Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm Dortmund “Borussiya”sının heyətində ölkə çempionatında 16 matçda meydana çıxıb və 1 qola imza atıb.