Güləşçilərimiz Türkiyədə xatirə turnirində mübarizə aparacaq
05.02.2013 - 23:49
Güləşçilərimiz Türkiyədə xatirə turnirində mübarizə aparacaq
Sərbəst güləş üzrə Azərbaycan milli komandası fevralın 9-da Türkiyənin paytaxtı Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunan 41-ci beynəlxalq turnirə qatılacaq. Apasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında turnirdə öz qüvvələrini sınayacaq.

Heyətdə Yaşar Əliyev (55 kq), Hacı Əliyev, Əhmədnəbi Qvrazatilov (hər ikisi 60 kq), Məhəmməd Müslümov, Hacımurad Ömərov (hər ikisi 66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yer alıb.

Qeyd edək ki, görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Sədi Quliyev ölkəmizi təmsil edəcək.