“Mançester Yunayted”li azarkeşlər Van Persini birinci seçdi
06.02.2013 - 01:15
“Mançester Yunayted”li azarkeşlər Van Persini birinci seçdi
“Mançester Yunayted”in azarkeşləri yanvar ayının ən yaxşı futbolçusunu seçiblər. Apasport.az saytının məlumatına görə, bu, Hollandiya milli komandasının hücumçusu Robin Van Persidir.

Azarkeşlərin 50 faizindən çoxu 29 yaşlı forvarda səs verib. İkinci yeri şotlandiyalı yarımmüdafiəçi Rayan Giqqz, üçü yeri isə Fransa yığmasının müdafiəçisi Patris Evra tutub.

Qeyd edək ki, yanvar ayında Van Persi “qırmızı şeytanlar”ın heyətində 5 oyunda meydana çıxıb və 5 qola imza atıb.