Abışov meydana çıxmadı, “Rubin” məğlub oldu
06.02.2013 - 02:10
Abışov meydana çıxmadı, “Rubin” məğlub oldu
Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovun yaxın günlərdə müqavilə bağlamağa hazırlaşdığı “Rubin” İspaniyadakı hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Tatarıstan klubu Rumıniyanın “ÇFR Kluj” komandası ilə üz-üzə gəlib.

Kazan təmsilçisi rəqibinə 0:1 hesabı ilə məğlub olub. Matçda vurulan yeganə qolu 87-ci dəqiqədə Markano öz qapısından keçirib.

Qeyd edək ki, Ruslan Abışov bu qarşılaşmada bir neçə gün öncə burnundan əməliyyat olunduğu üçün iştirak etməyib.