İbrahimoviç: Lionel möcüzəvi bir oyunçudur
06.02.2013 - 05:36
Bu gün Argentina milli komandası ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviçlə Skandinaviya təmsilçisinin baş məşqçisi Erik Hamren mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, jurnalistlərin suallarını cavablandıran PSJ-nin forvardı rəqib komandanın futbolçusu Lionel Messini tərifləyib.
O, Leonun dünyada ən yaxşı futbolçu olduğunu bildirib:
“Lionel möcüzəvi bir oyunçudur. O, dünyada ən yaxşı futbolçulardandır. Hazırda bütün mükafatlara sahib olur. Mən əminəm ki, bu qarşılaşma əla bir matç olacaq”.
Baş məşqçi Hamren isə Messi və İbrahimoviçi kompüter oyunlarına oxşatdığını ifadə edib: “Hər ikisi də oyunlardakı futbolçular kimidir. Onlar meydanda mümkün olmayan şeyləri edirlər. Messi və İbrahimoviç inanılmaz dərəcədə istedadlı və yaxşı oyunçulardır”.

0
0