Berluskoninin qardaşı Balotelliyə irqçilik ifadəsi işlətdi
06.02.2013 - 06:45
Berluskoninin qardaşı Balotelliyə irqçilik ifadəsi işlətdi
Qış transfer dövrəsində “Mançester Siti”dən “Milan”a transfer olunduqdan sonra İtaliyada olduqca çox danışılan adlardan olan Mario Balotelliyə klubun prezidenti Silvio Berluskoninin qardaşı Paolo Berluskoninin işlətdiyi ifadə gündəmi zəbt edib. Apasport.az saytının məlumatına görə, İtaliyada “La Repubblica” qəzetinin sahibi və “Milan”nın vitse-prezidenti olan Paolo Berluskoni iştirak etdiyi bir siyasi tədbirdə “Bəli, indi ailəmizin kiçik zəncisini izləmək zamanıdır. Bütün gənc qadınlar da prezident Silvio Berlusconi ilə tanış olma fürsətini əldə etmək üçün dəvətlidir” ifadəsi, mətbuatda geniş yer alıb.

Prezident Silvio Berluskoninin “rossonyerlər”in digər oyunçusu Kevin-Prins Boatenqin ötən ay məruz qaldığı irqçilikdən sonra meydanı tərk etməsini alqışlayıb və futbolçusuna dəstək olmasının ardından, onun qardaşının bu sözləri italiyalıları sarsıdıb.

Qeyd edək ki, Balotellinin bu hadisəyə necə reaksiya verəcəyi maraqla gözlənilir.