“Əgər Qvardiola ilə anlaşırsansa, səviyyəniz yüksəkdir”
06.02.2013 - 07:30
“Əgər Qvardiola ilə anlaşırsansa, səviyyəniz yüksəkdir”
Frank Riberi gələn mövsümün əvvəlində “Bavariya”nı çalışdıracaq Xosep Qvardiola haqda maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin nüfuzlu qəzeti “L ′Equipe”yə müsahibə verən 29 yaşlı fransalı futbolçu “Barselona”nın sabiq baş məşqçisinin bu günə qədər olan işini qiymətləndirib.

Yarımmüdafiəçi Pepin Münhen təmsilçisi ilə anlaşmasından sonra “Bavariya”nın sıravi bir komanda olmadığını vurğulayıb:

“Qvardiola Qvardioladır. Onun bizə gəlməsi “Bavariya”nın sıravi bir komanda olmadığının göstəricisidir. Əgər Qvardiola ilə anlaşırsansa, səviyyəniz yüksəkdir. Məncə Münhen klubu “Barselona” və “Real”la birgə dünyanın ən yaxşı üç komandasından biridir”.