Rusiya klubu AZAL-ın imtina etdiyi futbolçunu alır
06.02.2013 - 09:16
Rusiya klubu AZAL-ın imtina etdiyi futbolçunu alır
AZAL-ın qış fasiləsində yollarını ayırdığı moldovalı futbolçu Artur Patraş karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi I liqa təmsilçisi “Petrotrest”ə keçməyə razılıq verib.

Klubun baş direktoru Valentin Belavin ölkəmizdə oynamış futbolçunu izləyəcəklərini bildirib: “Biz fevralın 6-da Türkiyədə keçiriləcək Moldova – Qazaxıstan yoldaşlıq görüşünü komandamızın məşqçisi Andrey Kondraşovla birgə izləyəcəyik. Moldova yığmasının üzvü olan Patraşın keçidi məsələsini həll etməyə çalışacağıq. Onun Qazaxıstanla matçdan sonra sıralarımıza qoşulacağı istisna deyil. Artıq futbolçudan razılıq almışıq”.