“Rusiya millisi Azərbaycan yığmasını qiymətləndirmirdi”
06.02.2013 - 09:56
“Rusiya millisi Azərbaycan yığmasını qiymətləndirmirdi”
Anatoli Bışovets vaxtilə baş məşqçisi olduğu Rusiya milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki çıxışını təhlil edib. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis arxada qalan 4 oyunda 4 qələbə qazanan millisinin nəticəsini uğurlu sayır.

Bışovets Azərbaycan millisinin Rusiya ilə səfər matçına da toxunub: “Yalnız Portuqaliya ilə oyunumuz bərabər səviyyədə keçdi. İsraillə qarşılaşma çox asan alındı. Azərbaycan və Şimali İrlandiya ilə görüşlər də isə yığmamız rəqibi bir az qiymətləndirmirdi”.

Qeyd edək ki, ötən il oktyabrın 16-dakı oyunda Rusiya millisi yığmamızı 1:0 hesabı ilə məğlub etmişdi.