Millətlər Kubokunun yarımfinalçısı Azərbaycan klubuna təklif olundu
06.02.2013 - 11:25
Afrika Millətlər Kubokunun yarımfinalına yüksələn Burkina-Faso yığmasının futbolçusu İsuf Uattara karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu klublarımıza təklif olunub.
Bunu Uattaranın çıxış etdiyi Bolqarıstan “Çernomorets”inin icraçı direktoru Plamen Kiryakov açıqlayıb. O bildirib ki, Afrika çempionatında çıxış edən hücumçunun transferindən qazanmaq istədiklərini qeyd edib: “İsufun danışıqların aparıldığı vaxtda CAR-dakı yarışa yollanması onun Türkiyənin “Mersin İdman Yurdu” klubuna transferinə imkan vermədi. Lakin ona maraq böyükdür. Hücumçunu Rusiya, Ukrayna, Azərbaycan və Çin klublarına da təklif etmişik. Ona görə cəmi 500 min avro istəyirik”.
Qeyd edək ki, 2012-ci ilin yayından “Çernomorets”də çıxış edən Uattara Fransanın “Nim” klubundan transfer olunmuşdu.

0
0