“Xəzər Lənkəran” “Modern”də
06.02.2013 - 11:54
Antalya təlim-məşq toplanışını başa vuran "Xəzər Lənkəran" bu gün səhər tezdən Azərbaycana qayıdıb. Apasport.az saytının məlumatına görə, Bakıda “Modern” otelində məskunlaşan komandaya 1 günlük istirahət verilib.
Sabah isə cənub təmsilçisi tam tərkibdə Lənkərana yollanacaq. “Xəzər Lənkəran” Topaz Premyer Liqasının XIX turunun "İnter"lə fevralın 11-də keçiriləcək oyununa hazırlığını doğma məkanda davam edəcək. Komandanın gündə 2 dəfə məşq keçəcəyi nəzərdə tutulub.
Mənbə: lankaranfc.com

0
0