“Atromitos” “Bakı” və AFFA-dan cavab gözləyir
06.02.2013 - 12:17
“Bakı”nın əvəzedici komandasına göndərilən, ancaq burda oynamaqdan imtina etdiyi üçün düşərgəni özbaşına tərk edən Vangelis Mantsios ölkəsində paytaxtımızdan cavab gözləyir. Apasport.az saytının məlumatına görə, yunanıstanlı hücumçu hələ yanvarın 10-da “Atromitos”la müqavilə bağlasa da, bu klubda çıxış edə bilmir.
Belə ki, Afina klubunun baş məşqçisi Nikos Anastopulos onu çempionatın PAOK, “Platanias”, “Panatinaikos” və “Olimpiakos”la vacib oyunlarında meydana buraxa bilməyib. İndi isə Mantsios və “Atromitos” “Bakı”dan transfer vərəqini, AFFA-dan isə Yunanıstanda bu futbolçunun oynamasına icazə verən sənədi gözləyir.
Qeyd edək ki, “Bakı” müqavilə ilə ona məxsus olan 29 yaşlı Mantsiosa görə FİFA-nın müvafiq instansiyasına müraciət edib. Bu üzdən Vangelisin ən azı növbəti 3 ayda meydana çıxması gözlənilmir.

0
0