Altı futbolçusuz
06.02.2013 - 12:31
“Qarabağ” Topaz Premyer Liqasının XIX turunun “Qəbələ” ilə oyununun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Qəbələdə eyniadlı komandanın qonağı olacaq ağdamlılar gündə 2 dəfə məşq etməklə oyuna hazırlaşır.
“Qarabağ” şimallılarla oyun öncəsi heç də tam heyətlə çalışa bilmir. 5 futbolçusunu Azərbaycan, 1-ni isə Albaniya millisinə göndərən komanda millilərin xidmətindən 2 gün sonra yararlana biləcək. Qurban Qurbanovun yetirmələri məşqlərini Suraxanı qəsəbə stadionunda keçirəcək.
Qeyd edək ki, “Qarabağ” Qəbələyə fevralın 8-də yollanacaq. İlk “altılıq”da qərarlaşan rəqiblərin görüşü fevralın 10-da, saat 15:30-da başlayacaq.
Mənbə: qarabagh.com

0
0