“Bakı”dan ayrıldı, İspaniya üçün tarix yazacaq
06.02.2013 - 14:31
“Bakı”dan ayrıldı, İspaniya üçün tarix yazacaq
“Bakı”nın sabiq futbolçusu Serxio Kontreras Pardo İspaniya futbol tarixində görünməmiş rekorda imza ata bilər. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu yeni keçdiyi “Reqensburq”unda cəmi 1 qol vurmaqla tarix yazacaq.

Ötən ilin mayında Azərbaycan kubokunu qazandıqdan sonra “Bakı”dan ayrılan, yarım illik klubsuz həyatına Almaniyada son qoyan Koke ləqəbli futbolçu yeni rekordun astanasındadır. Belə ki, hücumçu 7 ölkənin çempionatında qol vuran ilk ispaniyalı kimi futbol tarixinə düşməyə yaxındır.

Məsələ ondadır ki, Koke artıq 6 ölkədə qol sevinci yaşayıb. Yunanıstan “Aris”ində 28, Fransa “Marsel”ində 6, Portuqaliya “Sportinq”ində 2, ABŞ “Hyuston”unda 1 top vuran forvard Azərbaycan və İspaniyada da qol sevinci yaşayıb. O, “Bakı”da 2, “Rayo Vallekano”da 1 dəfə bunu bacarıb.