“Qarabağ” Reynaldo ilə 3 illik müqavilə imzaladı
06.02.2013 - 15:36
“Qarabağ” qış fasiləsində 4-cü transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar Kristian Torres, Elvin Musazadə və Branimir Subaşiçin ardınca braziliyalı futbolçu Reynaldo Dos Santos Silvanın keçidini rəsmiləşdirib. Onunla 3 illik müqavilə imzalanıb.
Belçikanın ən məşhur klubu olan “Anderlext”dən gələn, qısaca Reynaldo adlanan legioner 1989-cu il təvəllüdlüdür. Ön xəttdə universal oyunu ilə seçilən braziliyalı 19 yaşında “Anderlext”ə transfer olunub. Son 2 mövsümdə Belçikanın yüksək liqasında “Serkl Brügge” və “Vesterlo”da çıxış edən Reynaldo parlaq çıxış ilə yadda qalaraq, birincilərin bombardiri olub. O, bu mövsüm yenidən “Anderlext”ə qayıtmışdı.

0
0