UEFA Azərbaycan Premyer Liqasına 28-ci yeri verdi
06.02.2013 - 16:51
Azərbaycan Premyer Liqası tamaşaçı sayında Avropada 28-ci pillədədir. Apasport.az saytının məlumatına görə, UEFA quruma üzv olan ölkələrin milli çempionatlarındakı tanaşaçı sayını təhlil edib. Yaz-payız sistemi ilə keçirilən ölkələrdə 2011, payız-yaz sistemində isə 2011/12 mövsümlərinin nəticələrini araşdıran Avropa futbol qurumu liqaların orta tamaşaçı sayını üzə çıxarıb.
Hesablamalara əsasən Premyer Liqamızda hər oyunu orta hesabla 2381 tamaşaçı izləyib. Bu, 2299 tamaşaçının qeydə alındığı 1 il əvvəlki ilə müqayisədə daha yüksək nəticədir. 457 min 152 tamaşaçının izlədiyi mövsüm UEFA-nın siyahısında 28-ci olmaqla Slovakiya, Bolqarıstan, Xorvatiya kimi ölkələri geridə qoyub.
Postsovet məkanında isə Rusiya (12903), Ukrayna (11009) və Qazaxıstandan (3854) sonra Azərbaycan 4-cüdür. Belarus (2372), Gürcüstan (1066), Litva (781), Ermənistan (692), Moldova (660), Latviya (504) və Estoniya (160) da Azərbaycandan geri qalır.
Çempionatı olmayan Lixtenşteyn və göstəriciləri açıqlanmayan Andorranın nəticəsinin yer almadığı siyahıda 51 ölkə qərarlaşıb. Ənənəvi olaraq Siyahıya Almaniya Bundesliqası başçılıq edir – 45116. İngiltərə Premyer Liqası (34600) 2-ci, İspaniya La Liqası (28796) 3-cü pillədədir. Sonuncu yerdə isə hər matçını 160 tamaşaçının izlədiyi Estoniya çempionatıdır.

0
0