Messi 250 milyon avroya satılmağını istəməyib
06.02.2013 - 16:59
Dünyanın ən yaxşı futbolçusu Lionel Messi “Barselona” ilə 6-cı müqaviləsini imzalayıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı argentinalı hücumçu 2005-dən bu yana az qala hər il klubla anlaşmasını yeniləyir.
Bu dəfə müqavilə 2018-ci ilin yayına kimidir və buna əsasən hər il təmiz 12 milyon avro alacaq. “Barselona” yüksək nəticələr, futbolçu isə müəyyən fərdi mükafatlar qazanarsa, Lionel hər il daha 4 milyon qazana biləcək. Artıq 4 “Qızıl top”u olan Messi 5-ci dəfə buna nail olarsa, ona 1 milyon avro veriləcək.
Danışıqlar mübahisəli məqamlarsız da keçməyib. Belə ki, Lionel onun 250 milyon avro qarşılığında satılmağını nəzərdən tutan maddəni yeni müqaviləyə daxil etməkdən imtina edib. O, bunu “Barselona” ilə gələcəkdə münasibətlərinin necə alınacağının bilinmədiyi ilə əsaslandırıb.

0
0