“Simurq”un bombardiri Ukrayna klubuna baş məşqçi təyin olundu
06.02.2013 - 17:09
“Simurq”un bombardiri Ukrayna klubuna baş məşqçi təyin olundu
“Simurq”un ukraynalı bombardiri Vladimir Mazyar məşqçiliyə başlayıb. Apasport.az saytının məlumatına görə, 36 yaşlı keçmiş hücumçu vətənində II liqa təmsilçisi “Stal”ın baş məşqçisi təyin olunub. O, Dneproderjinsk təmsilçisində 2005/06 mövsümündə oynayaraq, 36 matçda 5 qol vurub.

Mazyar Zaqatala təmsilçisində baş məşqçisi həmyerlisi, Roman Pokora olanda forma geyib. O, 2007-09-cu illərdə “Simurq”un heyətində 57 matçda 28 qol vurmaqla, onun tarixində ən məhsuldar futbolçudur. Ölkəmizdə həmçinin “Standard”da – 20091/10 mövsümün 2-ci yarısında oynayan Vladimir bundan sonra peşəkar karyerasını bitirib və həvəskar səviyyədə top qovub.

Qeyd edək ki, “Stal” I dövrədən sonra 24 xalla 13 komanda arasında 8-dir.