İvanov oynadı, Klyava darmadağını izlədi
06.02.2013 - 18:11
Bu gün Yaponiyanın Kobe şəhərində yerli komanda ilə Latviya millisi arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Uzaq Şərq təmsilçisi avropalıları darmadağınla yola salıb.
Belə ki, yaponlar Sinci Okazakinin dublu və Keysuke Hondanın qolu sayəsində qonaqları 3:0 hesabı ilə məğlub edib. Bu görüşdə “Bakı”nın müdafiəçisi Denis İvanov 90 dəqiqə meydanda olub. AZAL-ın müdafiəçisi Oskar Klyava isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
Bundan başqa, “Qəbələ”nin sabiq qapıçısı Pavel Doroşev də ehtiyat oyunçular skamyasında olub. Qış fasiləsində “Bakı”dan ayrılıb Yunanıstanın “Erqotelis” klubuna keçən Maris Verpakovski isə matça 71-ci dəqiqədə qoşulub.

0
0