Rəşad Sadiqov: Bunu qaçıranda doğrudan pis oldum
06.02.2013 - 20:36
Rəşad Sadiqov: Bunu qaçıranda doğrudan pis oldum
“Oyunda penaltini qaçıranda doğrudan pis oldum. Düşündüm ki, komandamız qələbə qazanmaya bilər”. Bu fikirləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin futbolçusu Rəşad Sadiqov deyib.

Lixtenşteyn yığması ilə yoldaşlıq görüşündə penaltini boşa verməklə hamıya məyus yaşadan yarımmüdafiəçi qələbə qazanacağımıza inanırmış: “Çünki qarşıda 20-30 dəqiqə vardı. Hər hücumumuz təhlükəli olurdu. Hiss edirdik ki, qol vuracağıq. Ən azından 10 qol imkanımız oldu. Ancaq bundan yararlana bilmədik. Sevinirəm ki, qələbə qazandıq. İkinci penaltini vurmaq fikrim yoxdur. Dedim ki, daha bəsdir. Penaltini kimsə vurmalı idi. Yəqin ki, Vaqif Cavadovda özünəinam olduğundan, penaltini yerinə yetirdi. Qismətimizdə yox idisə, qol olmayacaqdı”.

Sadiqov 1:0 hesabı ilə qalib gəldiyimiz oyunun qolsuz bərabərliklə başa çatmağını arzuolunmaz hal sayarmış: “Bu zaman əhval-ruhiyyəmiz pisləşdi. Bu, həm FİFA reytinqimə, həm də qarşıdakı rəsmi oyun motivasiyamıza pis təsir edəcəkdi”.