Vaqif Cavadov: Penaltidən qol vuracağıma həmişə inamım olub
06.02.2013 - 20:50
Vaqif Cavadov: Penaltidən qol vuracağıma həmişə inamım olub
“Əlbəttə, oyunda qol vurmaq baxımından bir az çətinlik çəkdik. Ancaq komandamız yaxşı oyun nümayiş etdirdi”. Bu fikirləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında AZərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov deyib. Lixtenşteyn yığmasına 1:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə qələbə topunu müəllifi olan futbolçu qol imkanlarından istifadə etməyindən alınmadığını bildirib: “Ümumilikdə götürdükdə, çoxlu qol imkanlarımız oldu. Ancaq bundan yararlana bilmirdik. Bəlkə də heyətdə gənc futbolçuların olmağı öz sözünü dedi. Biz uzaq məsafədən zərbələr vurmurduq ki...Yüz faizli qol imkanları idi. Hamı gördü ki, futbolçular meydanda qaçaraq, canlarını qoydular. Əsas odur ki, qələbə qazandıq. Allahın köməyi ilə Bakıya qayıdırıq və indi hər kəs öz klublarına gedəcək”.

penaltidən fərqlənməyi il bağlı fikirlərini bildirən Cavadov qol vuracağına inamının olduğunu söyləyib: “Yəqin ki, futbolçu penalti nöqtəsinə yaxınlaşırsa, onda qol vuracağına inam olur. Məndə də karyeramda penaltini vuracağımla bağlı həmişə inam olub. Düzdür, qol vurmadığım an da olub. İnam böyük şeydir. Məndən qabaq penaltini dəqiq vura bilməyən komanda yoldaşım Rəşad Sadiqovda da inam vardı. Sadəcə, onun bəxti gətirmədi. Futbolda belə şeylər olur və onu qınamaq olmaz. İnşallah, Lüksemburqla səfər oyununda bizim üçün daha da yaxşı olacaq. Çünki bir sıra əsas futbolçularımız da milliyə çağırılacaqlar. Allahın köməyi ilə ordan 3 xalla qayıdarıq”.