Elxan Məmmədov: AFFA nəticənin dərhal qazanılmağı dalınca qaçmır
06.02.2013 - 21:07
“Hesab edirəm ki, milli komandamız yaxşı oynadı. Lixtenşteynlə matçda çoxlu qol imkanları qazandıq. Yoldaşlıq görüşlərində gördük ki, futbolçularımız 6-7 şansı istifadə edə bilmədilər. Bununla təcrübə qazanırlar və millimiz sonda istədiyi qolu vurdu”. Bu fikirləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O, milli komandamızın Dubayda Lixtenşteyn yığmasına 1:0 hesabı ilə yoldaşlıq görüşündə bəyəndiyi məqamlara toxunub: “Mənim xoşuma gələn o oldu ki, futbolçular ruhdan düşmədilər. Onlar ikinci hissədə də oyunları ilə fiziki cəhətdən hazırlıqlı olduqlarını göstərdilər. Təzyiqi, pressinqi artırdılar və bu, sonda bəhrəsini verdi. Statistikaya baxsaq, Lixtenşteyn 2-ci hissədə qapımıza 2 dəfə yaxınlaşdı. Ancaq qalan vaxtda biz hücum edirdik. Bu, futbolçularımız üçün yaxşı təcrübə oldu. Təbii ki, əsas yeni oyunçular üçün. Biz bu gün komanda oyununu gördük. Bu da vacib amildir”.
Məmmədov ilk hissədən çox narazı olmağına belə izah edib: “Bilirsiniz, qol şanlarını istifadə etməyəndə sonda adam həyəcan hissləri keçirir. Çünki futbolçulara öz şanslarından istifadə etmək lazımdır. Onda növbəti matçlarda daha inamlı oynayacaqlar. Bu yoldaşlıq görüşü FİFA-nın reytinqində nəzərə alınmağı vacib oyun idi. Əsas məsələ isə futbolçular bu matçla təcrübələrini artırdılar. Növbəti oyunlara daha imanlı yanaşacaqlar”.
Baş katib bildirib ki, AFFA nəticənin dərhal qazanılmağı dalınca qaçmır: “Gördünüz kimi, 4 il əvvəl deyilən məsələlər yavaş-yavaş öz həllini tapır. Hazırda heyətdə olan 8 futbolçu 2-3 il bundan qabaq 21 yaşlılardan ibarət yığmada oynayırdı”.

0
0